Britaniya Əhmədinejadın Yeni İl təbrikini pisləyir

İran prezidenti Mahmud Əhmədinejad Britaniyanın 4-cü kanalında çıxışında Britaniya xalqını İsanın doğulması günü - Yeni İl bayramı münasibətilə təbrik edib. O, deyib ki, İsa peyğəmbər ədalətin, məhəbbətin, ayrı-seçkiliyə qarşı mübarizənin rəmzi olub. Əhmədinejad bildirib ki, İsa Peyğəmbər sağ olsaydı işğalçılara, təcavüzkarlara, terrorçulara qarşı olardı. Britaniya Xarici İşlər Nazirliyi müsahibənin yayımlanmasının beynəlxalq cinayət olduğunu bildirib.