5 jurnalist ilin yekunlarına görə mükafatlandırıldı

Mükafatlandırılan jurnalistlər

Dekabrın 25-də Bakı «Kitab Klubu»nun sərgi salonunda keçirilən mərasimdə klubun direktoru Elxan Rzayev qeyd etdi ki, bu nominasiya 4 ildir ki, təsis olunub. İndiyədək qaliblər, əsasən, mətbuat və informasiya agentlikləri jurnalistləri arasından seçilirdi və bu il ötən illərdən fərqli olaraq iki televiziya işçisi də var. Həm də bu dəfə daha çox - beş jurnalistə Bakı «Kitab Klubu»nun təsis etdiyi «Mətbuatda dərc olunmuş məqalələri ilə ölkədə kitab işinin inkişafına etdiyi köməyə görə» fəxri diplomları, suvenirlər və qiymətli kitablar hədiyyə edildi.

«Azadlıq» radiosunun təqdim etdiyi bu suvenirlər çanta, flash yaddaş, pul kisəsi, qələmlər, bloknot və fincanlardan ibarət idi. Jurnalistikada vacib olan informasiyalarla zəngin kitabları isə «Multimediya» Mərkəzi təqdim edib.
2008-ci ilin qaliblər isə bunlardır:

1) Zərəngiz Qayalı («AzərTac» agentliyi),
2) Sevinc Mürvətqızı («525-ci qəzet»),
3) Rauf İlyasoğlu («Respublika» qəzeti)
4) Ötərxan Kədərli (AzTV)
5) Ümidə Həsənova (ANS)