MTRŞ-ın xarici radiolarla bağlı iclası təxirə salınıb

Milli Teleradio Şurasının (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların milli tezliklərində yayımı məsələsi ilə bağlı iclası təxirə salınıb. İclas dekabrın 25-nə təyin olunmuşdu.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna bildirib ki, iclasın təxirə salınması onun səhhəti ilə bağlı olub. Məsələ ilə bağlı şuranın iclası dekabrın 30-da keçiriləcək.

MTRŞ bəyan edib ki, xarici radiolar – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin yerli tezlikdə yayımlanması Azərbaycan qanunlarına uyğun deyil.