Liftlərin bərpası üçün 10 milyon manat ayrıldı

Şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalardakı liftlərin bərpa edilməsi üçün 10 milyon manat vəsait ayrılıb. Bu barədə prezident dekabrın 23-də sərəncam verib.
Həmin vəsait Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.