Metroya bomba qoyulduğu haqda anonim zəng olub

Dekabrın 18-i saat 19 radələrində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasına partlayıcı qurğu qoyulduğu haqda anonim zəng daxil olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olublar. Stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər evakuasiya edilib.

Araşdırmalar nəticəsində heç bir partlayıcı maddə tapılmayıb.

«Nəriman Nərimanov» stansiyasının fəaliyyəti artıq bərpa edilib.