«Bakıelektrikşəbəkə» meriyaya dekabrın 10-a qədər vaxt verdi

«Bakıelektrikşəbəkə» Bakı şəhər İcra Hakimiyyətinə verdiyi vaxtı dekabrın 10-a qədər uzadıb. Şəbəkədən bildirilmişdi ki, meriya borcunu dekabrın 1-ə qədər ödəməsə svetoforlar da daxil olmaqla parklardakı işıqlar və liftlərə verilən elektrik kəsiləcək.

Rəsmi verilən məlumata görə meriyanın şəbəkəyə 12 milyon manat borcu var.