Ölənlər arasında azərbaycanlılar yoxdu

Terrorçular Hindistanın maliyyə paytaxtı Mumbai şəhərindəki otellərə və dəmiryol stansiyasına hücum ediblər

Hindistanın Mumbai şəhərində terror zamanı ölənlərin sayı 101-ə çatıb, 300-dən artıq yaralı var. Bu barədə «Azadlıq» radiosuna Azərbaycanın Dehlidəki səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, ölən və yaralananlar arasında azərbaycanlılar yoxdu.
Noyabrın 26-da avtomat silah və qumbarayla silahlanmış terrorçular Hindistanın maliyyə paytaxtı Mumbai şəhərindəki otellərə və dəmiryol stansiyasına hücum ediblər.

Polis yaraqlıların 2 oteldə və hospitalda girovlar saxladığını, onlar arasında xaricilərin də olduğunu deyir. Polis 4 silahlının öldürüldüyünü, 9 şübhəlinin həbs olunduğunu bildirir.

Hücumların arxasında Dekkan Mücahidləri adlı islamçı qruplaşma dayanır.