Gəncəyə qaz verilməsi bərpa olunub

Şəhərə qaz verilməsi noyabrın 23-də səhər saatlarında boru kəmərində baş vermiş qəza ilə bağlı dayandırılmışdı. Partlayışa boru xəttinin birləşmələrindəki sızmanın səbəb olduğu göstərilib.
«Azəriqaz»dan bildiriblər ki, qəza nəticəsində hər hansı insan tələfatı olmayıb.