Türkdilli Ölkələrin Parlament Assambleyası yaradıldı

Ayasofya məscidi, İstanbul, 10 yanvar 2007

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə noyabrın 21-də İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci konfransı keçirilib.

Konfransın sonunda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərləri Bəyannamə və Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə Saziş imzalayıblar.

Assambleyanın yaradılması təklifini 1996-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb. / ANS Press /