İran OPEK-i neft istehsalını azaltmağa çağırıb

Hazırda neftin bir barelinin qiyməti 55 dollar ətrafındadır

İran neft istehsal edən ölkələri özündə birləşdirən OPEK təşkilatını gündəlik istehsalı milyon və ya milyon yarım barel azaltmağa çağırıb
İranın OPEK-dəki nümayəndəsi Məhəmməd Əli Xatibi deyib ki, qlobal malyyə böhranına görə neftə tələbat azaldığından istehsalı azaltmaq lazımdır.

Dünya neftinin 40 faizini verən OPEK təşkilatı ötən ay gündəlik istehsalı 1.5 milyon barel azaltsa da neftin qiyməti düşməkdə davam edir.

Hazırda neftin bir barelinin qiyməti 55 dollar ətrafındadır.