Müdafiə Nazirliyi vəfat etmiş əsgərlərlə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi son günlər xidmət etdikləri hərbi hissədə vəfat etmiş əsgərlərlə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, N saylı hərbi hissənin əsgəri Ruslan Adıgözəlov ağır kəskin meningit xəstəliyindən vəfat edib.

Digər əsgər - Aqşin Məmmədzadənin ölüm səbəbləri isə hələ araşdırılır.