«Transxəzər» layihəsi reallığa çevrilir

Sazişi ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və «Kazmunayqaz»ın prezidenti Kairgeldı Kabıldin imzalayıb

Noyabrın 14-də Bakıda Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Qazaxıstanın «Kazmunayqaz» Milli Neft-Qaz Şirkəti arasında «Transxəzər» layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqqında saziş imzalanıb.

Azərbaycan tərəfindən sazişi ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Qazaxıstan tərəfindən isə «Kazmunayqaz»ın prezidenti Kairgeldı Kabıldin imzalayıb.

Sazişə görə, Qazaxıstandan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Avropa bazarlara nəql edilməsi nəzərdə tutulur.
Qazaxıstanın energetika və təbii sərvətlər naziri Sauat Mınbayev deyib ki, ölkəsində 2015-ci ildə 100 mln. ton neft hasilatı proqnozlaşdırılır ki, bu baxımdan Qazaxıstan neftinin BTC ilə nəqli məqsədəuyğundur.

Layihənin ümumi dəyəri 3 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir.