«Qoy bundan sonra Maliyyə Nazirliyinin qapısını kəssinlər…»

Deputat deyir ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsi dünya praktikasında geniş yayılıb

«Siyasi partiyaların maliyyələşməsi üçün dövlət büdcəsindən maliyyə ayrılmalıdır və büdcədə bu məsələ həllini tapmalıdır», - noyabrın 12-də parlamentdə bu fikri YAP icra katibinin müavini Siyavuş Novruzov səsləndirib. Milli Məclis gələn ilin büdcə layihəsini müzakirə edir.

Deputat deyir ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsi dünya praktikasında geniş yayılıb. «Azərbaycanın bəzi partiyaları gedib xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların qapısını kəsib pul istəyirlər. Qoy bundan sonra Maliyyə Nazirliyinin qapısını kəssinlər»-, deyə Novruzov bildirib.
Parlament rəhbərliyi YAP-çı deputatının fikirlərinə münasibət bildirməyib.
Azərbaycanda «Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul olunub. Onun bəzi maddələrinin dəyişilməsi ilə bağlı təkliflər səslənsə də, bu, hələ ki, reallaşmayıb.