İranda islahatçı jurnal bağlandı

«Şahrvard e Emruz» jurnalının son sayı. Üz qabığında keçmiş prezident Məhəmməd Hatəminin şəkli

İran hökuməti tez-tez prezident Mahmud Əhmədinejatın siyasi fəaliyyətini tənqid edən islahatçı həftəlik jurnalı bağlayıb.
«Kargozaran» qəzetinin yazdığına görə, İran Mətbuatına Nəzarət Şurası şənbə günü «Şahrvard e Emruz» həftəlik jurnalına qərarla bağlı rəsmi məlumatı göndərib. Jurnalı bağlama səbəbi kimi nəşrin məzmun baxımından səlahiyyətlərini aşdığı göstərilir. Detallar barədə məlumat verilmir.