Xarici radiostansiyalar haqda qərar dekabrda veriləcək

Nusirəvan Məhərrəmli

Milli Televiziya və Radio Yayımları Şurasının (MTRŞ) sədri Nusirəvan Məhərrəmli Lent.az xəbər portlına verdiyi açiqlamasinda deyib ki, xarici radiostansiyaların yayımının dayandırılması məsələsı öz həllini MTRŞ-in dekabrın ortalarinda keçiriləcək iclasinda tapacaq.

Yayımın dayandırılması haqda qərar veriləcəyini istisna etməyən N. Məhərrəmli eyni zamanda bildirib:

«Ola bilsin ki, həmin radiolara daha bir illiyə icazə verilsin, ancaq bu da müvəqqəti olacaq. Bu icazə daha sonra olmayacaq.

Amma mən hesab edirəm ki, Şura əvvəlcədən öz mövqeyini ortaya qoyub. Yəni, xarici radiostansiyaların, televiziya kanallarının Azərbaycanda yayımı dayandırılmalıdır. Bu bizim mövqeyimizdir.

Ancaq son sözü, təbii ki, Şura üzvlərinin qərarı deyəcək».