Yeni hökumət: Babayev əvəzinə Mustafayev

Heydər Babayev

Oktyabrın 31-də prezident İlham Əliyev nazirlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazirlərdən yalnız biri dəyişdirilib - İqtisadi İnkişaf naziri Heydər Babayevin yerinə Şahin Mustafayev təyin olunub.

Ş.Mustafayev buna qədər Vergilər nazirinin 1-ci müavini vəzifəsində çalışıb. O, 1965-ci ildə Ermənistanın Noyemberyan rayonunda anadan olub.

Hökumətin yeni heyəti belədir:


Azad Rəhimov - Gənclər və İdman naziri


Eldar Mahmudov - Milli Təhlükəsizlik naziri


Elmar Məmmədyarov - Xarici İşlər naziri


Əbülfəz Qarayev - Mədəniyyət və Turizm naziri


Əli Abbasov - Rabitə və İnformasiya Texnologiyaları naziri


Fazil Məmmədov - Vergilər naziri


Fikrət Məmmədov - Ədliyyə naziri


Füzuli Ələkbərov - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri


Hüseynqulu Bağırov - Ekologiya və Təbii Sərvətlər naziri

İsmət Abbasov - Kənd Təsərrüfatı naziri


Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri


Misir Mərdanov - Təhsil naziri


Natiq Əliyev - Sənaye və Energetika naziri


Oqtay Şirəliyev - Səhiyyə naziri


Ramil Usubov - Daxili İşlər naziri


Samir Şərifov - Maliyyə naziri


Səfər Əbiyev - Müdafiə naziri


Şahin Mustafayev - İqtisadi İnkişaf naziri


Yavər Camalov - Müdafiə Sənayesi naziri


Ziya Məmmədov - Nəqliyyat naziri