105.7 FM tezliyinin qalibi məlum oldu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio üçün elan etdiyi müsabiqənin qalibi məlum olub. 105.7 MHz tezliyinə elan edilən müsabiqədə «Digital Media» MMC qalib gəlib.
MTRŞ-ın elan etdiyi müsabiqəyə 4 iddiaçı – «Digital Media» MMC (Media FM), «Mediamaster» MMC (Kapital FM), «Tandem» MMC (Tam FM), «SN» MMC (Paytaxt FM) müraciət etmişdi.