Dünyanın əsas internet şirkətləri hökumətlərə qarşı

Dünyanın əsas internet şirkətləri hökumətlərin azad sözə müdaxiləsinin qarşısını almaq üçün qlobal qaydalar hazırlayırlar. Google, Yahoo və Microsoft da daxil olmaqla şirkətlər etika bələdçisi tərtib edəcəklər.
Bu qaydalar həm də online informasiyanın məxfiliyinə təminat verməlidir.

Qlobal Şəbəkə Təşəbbüsü bələdçisi internet firmalara imkan verəcək ki, könüllü şəkildə hökumətlərin müdaxiləsinə qarşı ölçü götürsünlər.