İqtisadiyyat üzrə Nobel mükafatını Amerika alimi aldı

İqtisadiyyat üzrə 2008-ci ilin Nobel mükafatını Amerika alimi Pol Kruqmana veriblər

İqtisadiyyat üzrə 2008-ci ilin Nobel mükafatını Amerika alimi Pol Kruqmana veriblər. İsveç Kral Akademiyası onu azad ticarət və qloballaşma sahəsində tədqiqatlarına görə mükafatlandırıb.
İqtisadiyyat üzrə Nobel mükafatı hər il təqdim olunan mükafatın sonuncu nominasiyasıdır.

İqtisadiyyat Nobelini - başqa sahələr üzrə verilən mükafatlardan fərqli olaraq - vaxtilə dinamit maqnatı hesab edilən Nobel təsis etməyib. Bu mükafatı 40 il əvvəl İsveçin mərkəzi bankı təsis edib və ona Nobelin adını verib.