Rusiya bufer zonanı tərk etdi

Atəşkəs barədə razılaşmaya görə Rusiya zonanı tərk etsə də, Osetiya və Abxaziyada 7 minə qədər rus əsgəri qalacaq

Gürcüstanın daxili işlər nazirliyi deyir ki, Rusiya Gürcüstanın separatçı əraziləri olan Cənubi Osetiya və Abxaziya ətrafından qoşunlarını çıxarma prosesini başa çatdırıb. Günün sonuna qədər Rusiya 6 hərbi məntəqədən öz qoşununu geri çəkməli idi. Gürcüstanın daxili işlər naziri Şota Utiaşvili deyir ki, Rusiya vəd verdiyi kimi də edib.
Avropa Birliyi müşahidəçiləri həmin əraziləri monitorinq ediblər. Rusiyanın Avropa Birliyi ilə razılaşdırdığı atəşkəs razılığına görə oktyabrın 10-a kimi qoşunlar Gürcüstan ərazisindən çıxarılmalı idi.

Avqustda Gürcüstana təcavüzdən sonra Rusiya Cənubi Osetiya ətrafında 20 km-lik bufer zonası yaradıb. Atəşkəs barədə razılaşmaya görə Rusiya zonanı tərk etsə də, Osetiya və Abxaziyada 7 minə qədər rus əsgəri qalacaq. Rusiya hər iki bölgənin müstəqilliyini tanıyıb.