Avropalı alimlər Nobel mükafatı aldılar

2008-ci ilin Nobel mükafatı qalibləri

Tibb sahəsində 2008-ci ilin Nobel mükafatını avropalı alimlərə veriblər.
Alman alimi Harald zur Hausen mükafata ginekoloji xərçəng növlərindən birini – uşaqlıq boynu xərçəngini törədən virusun tapılmasına görə layiq görülüb.

İki fransız alimini isə AİDS xəstəliyinə səbəb olan virusun tapılmasına görə mükafatlandırıblar. 1,4 milyon dollarlıq mükafat onlar arasında bölünəcək.