Müxalifət seçkiləri saxta adlandırıb

Belarusda 110 deputat yeri uğrunda 260-dan artıq namizəd mübarizə aparır

Belarus parlamentinə keçirilən seçkilərin ilkin nəticələri bəlli olub. Mərkəzi Seçki Komissiyası 110 yerin 100-nü prezident Aleksandr Lukoşenko tərəfdarlarının tutduğunu deyib. Hələ ki, qalan 10 yer barəsində son qərar yoxdur.
Belarusda parlament seçkiləri sentyabrın 28-də keçirilib. 110 deputat yeri uğrunda 260-dan artıq namizəd mübarizə aparıb. Onlardan 70-i müxalifət nümayəndələridir.

Müxalifət seçkiləri saxta adlandırıb. Seçkiləri müşahidə edən ATƏT hələ ki öz rəyini açıqlamayıb.

Avropa Birliyi 1990-cı ildən bu yana Belarusda keçirilən seçkilərdən heç birini azad və ədalətli saymayıb. Birləşmiş Ştatlar və Avropa Birliyinin insan haqlarına görə Lukaşenko və onun hökumətinə qarşı tətbiq etdikləri sanksiyalar hələ də qüvvədədir.