İqtisadi böhranla bağlı danışıqlar nəticəsiz qurtarıb

Amerikada iqtisadi böhranla bağlı danışıqlar nəticəsiz qurtarıb. Sentyabrın 25-də Konqres üzvləri, prezident və prezidentliyə namizədlər Ağ Evdə hökumətin təklif etdiyi zəmanət planını müzakirə edib.

Demokratlarla respublikaçıların fikir ayrılığı üzündən yekun qərar verilməyib. Müzakirələr sentyabrın 26-da davam edəcək. Buş administrasiyası ölkəni böhrandan çıxarmaq üçün 700 milyard dollarlıq zəmanət planı təklif edir.