«Azərbaycan dünya maliyyə böhranından qazanc əldə edə bilər»

«Azərbaycan yalnız dünya maliyyə böhranından qazanc əldə edə bilər. Vəsaitləri qiymətli kağızlara yerləşdirmək əlverişlidir, onların birja kotirovkaları aşağı səviyyədədir».

Bunu jurnalistlərə İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib. Bununla belə, Cabbarov qeyd edib ki, maliyyə böhranı xarici investisiyaların defisitini yaradır:
«Lakin Azərbaycanın daxili investisiyalaşmasında kifayət qədər potensialı var».
/Turan/