«İran istənilən hücumun qarşısını almağa hazırdır»

Mahmud Əhmədinejad ABŞ və Qərb ölkələrini hədələdi

«İran ordusu istənilən hücumun qarşısını almağa hazırdır». İran prezidenti Mahmud Əhmədinejad sentyabrın 21-də İran-İraq müharibəsinin 28-ci ildönümü münasibətilə keçirilmiş paradda çıxış edərkən belə deyib.
İran uranın zənginləşdirilməsi üzərində işi dayandırmaqdan imtina edib. Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri Tehrana qarşı daha kəskin sanksiyalar tətbiq edilməsini istəyirlər.
Lakin buna qarşı çıxan Rusiya Tehranla dialoqun tərəfdarıdır.
Qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir. Tehransa nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu iddia edir.