Xarici işlər nazirləri sentyabrın 25-26-da görüşəcək

BMT-nin Nyu-Yorkdakı Baş qərargahı

Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüş vaxtı bəlli oldu. Nazirlər sentyabrın 25-26-da görüşəcək.

Bu barədə məlumatı «CNN Türk» kanalı yayıb. Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində baş tutacaq. Görüşün keçirilməsinə təşəbbüs Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əli Babacandan gəlib.

Ə. Babacan əvvəlcə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla, daha sonra ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq. Görüşlərdən sonra isə hər üç nazir Qarabağ məsələsini birgə müzakirə edəcək.