Azərbaycanın işğal olunmuş əraziləri BMT-nin gündəliyində

Sessiya 23 sentyabrdan oktyabra 1-nə qədər davam edəcək

İlk dəfədir ki, sessiyaya katolik keşiş Nikaraquanın keçmiş Xarici İşlər naziri Miqel Deskota Brokman sədrlik edir.

Azərbaycan xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyaovun sessiyada çıxışı sentyabrın 29-na nəzərdə tutulub.
Bu dəfə sessiyanın gündəliyinə Azərbaycanla bağlı 2 məsələ salınıb. Bunlar «GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri», bir də «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət»lə bağlı məsələlər.

Sessiya çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin GUAM ölkələri XİN başçıları Şurasının növbəti iclası da keçiriləcək.

Sessiyada iştirak edən Azərbaycan xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyaov sentyabrın 29-da çıxış edəcək.

Sessiya 23 sentyabrdan oktyabra 1-nə qədər davam edəcək.