AŞPA missiyası Bakıya gəlib

Andres Herkelin rəhbərlik etdiyi ibarət nümayəndə heyəti Bakıda üç gün olacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri Andres Herkel Bakıya gəlib. Beş nəfərdən ibarət nümayəndə heyəti Bakıda üç gün olacaq.
Avropalı parlamentarilər prezident, spiker, prezidentliyə namizədlər, eləcə də vətəndaş cəmiyyətinin və KİV təmsilçiləri görüşəcək.

AŞPA missiyasının məqsədi seçki ərəfəsində ölkədəki siyasi vəziyyətin monitorinqini aparmaqdır. Azərbaycan prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.