İlham Əliyevlə Abdulla Gülün təkbətək görüşü olub

Prezident İlham Əliyevlə Abdulla Gülün təkbətək görüşü olub

Türkiyə prezidenti Abdulla Gül Azərbaycana gəlib. AzərTAc xəbər verir ki, Gülü Azərbaycan Baş nazirinin müavini Abid Şərifov, Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıb.
Hava limanının ali qonaqlar üçün salonunda Abdulla Gül və Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti olub.
Daha sonra prezident İlham Əliyevlə Abdulla Gülün təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Abdulla Gülün Azərbaycana səfərinin dörd saata yaxın çəkəcəyi bildirilir.