Ali məktəblərdə çalışanların da maaşları artırıldı

Dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində çalışan işçilərin maaşları sentyabrın 15-dən orta hesabla 50 faiz artırılıb.
Prezident İlham Əliyevin sentyabrın 8-də imzaladığı sərəncamda belə deyilir.
Ölkə başçısının başqa bir sərəncamı ilə isə 2008/2009-cu tədris ilində qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş bir qrup tələbəyə prezident təqaüdü verilir.