Milyon gürcü «Stop Russia!» şüarı ilə

Gürcüstanda dinc aksiya başa çatıb. Aksiyanın bir milyona qədər iştirakçısı bütün ölkə boyu canlı sipərə durublar. Aksiya «Stop Russia!» və «Yaşasın vahid Gürcüstan!» şüarları ilə keçib.

Canlı sipərə duran ölkə prezidenti Mixail Saakaşvili xalqa müraciət edib və Avropa ictimaiyyətini Gürcüstanın tərəfində durmağa çağırıb.

O deyib ki, bu aksiya Gürcüstan tarixindən ən kütləvi olub.