Rasim Əkbərov əfv edildi

Rasim Əkbərov

Keçmiş Milli Qəhrəman və hərbi hissə komandiri Rasim Ağa oğlu Əkbərov əfv edildi.

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı əfv fərmanı ilə 96 nəfər əfv edilib. Fərmanda həmçinin sabiq Səhiyyə naziri Əli İnsanovla birlikdə məhkum olunan Aleksandr Umnyaşkinin də adı var.

Rasim Ağa oğlu Əkbərov 2000-ci ildə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə 15 il müddətinə həbs olunmuşdu. O, siyasi məhbus hesab edilirdi.

Əfv fərmanında hazırda həbsdə olan üç jurnalistin adı yoxdur.