Rus qoşunları Poti şəhərində qalacaqlar

Poti şəhəri, 15 avqust 2008

Rusiya birləşmələri Gürcüstanın Poti şəhərini keşikçi nəzarətində saxlayacaqlar.

Bunu avqustun 23-də Rusiya Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın deyib. O bildirib ki, bu, Moskvanın öz üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə uyğundur:

«Poti təhlükəsizlik zonasına daxil deyil. Amma bu o demək deyil ki, biz hasarın arxasında oturub, onların «Hammer»lərdə necə gəzdiklərinə tamaşa edəcəyik».

A. Noqovitsın deyib ki, Gürcüstan tərəfdən təxribatlar olarsa, rus qoşunları dayaq məntəqələrindən çıxıb, bunun qarşısını alacaqlar.