Rusiya günün sonunadək qoşunlarını çıxaracaq

Rəsmilər onu da bildiriblər ki, Rusiya sülhqoruyucuları Cənubi Osetiya və onun ətrafındakı təhlükəsizlik zonasında qalacaqlar

Rusiya Fransanın vasitəçilik etdiyi sülh sazişinə əməl edəcək və avqustun 22-i günün sonunadək qoşunlarını Gürcüstandan çıxaracaq.
Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri deyiblər ki, qoşunlar Cənubi Osetiyaya çəkiləcək və 10 gün ərzində Rusiyaya qaytarılacaq.
Rəsmilər onu da bildiriblər ki, Rusiya sülhqoruyucuları Cənubi Osetiya və onun ətrafındakı təhlükəsizlik zonasında qalacaqlar.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə deyib ki, bufer zonanın yaradılması ilə razılaşmayacaq.