YAP tələb olunan 40 min seçici imzasını artıq toplayıb

Yeni Azərbaycan Partiyası artıq seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim etdiyini deyir

Hakim Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün tələb olunan 40 min seçici imzasını artıq toplayıb. Partiyanın yaydığı məlumatda deyilir ki, seçicilər arasında hazırkı prezidentə dəstəyin böyük olması seçici imzalarının qısa müddətdə toplanmasına imkan verib.

Yeni Azərbaycan Partiyası artıq seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim etdiyini deyir. Məlumatı «day.az» yayıb.