Azərbaycan ilk qızıl medalını qazandı

Elnur Məmmədli

Azərbaycan cüdoçusu Elnur Məmmədli Pekin Yay Olimpiya Oyunlarında qızı medal qazandı.

E. Məmmədli ilk görüşündə Dirk van Tiçeltə (Belçika) ippon fəndi ilə qalib gəlib.

İkinci görüşündə o, Konstantin Semyonov (Belarus) üzərində da təmiz qələbə qazanıb.

Növbəti rəqibi Kim Çol Su (KXDR) üzərində saxlama fəndi ilə qələbə qazanıb.

Yarımfinalda onun rəqibi Əli Malomat (İran) olub. O, vaxtından əvvəl ippon fəndi ilə rəqibini məğlubiyyətə uğradıb.

Finalda 20 yaşlı E.Məmmədov Ki Çun Vanqla (Cənubi Koreya) qarşılaşıb. Onu da ippon fəndi ilə məğlub edib.

E.Məmmədli 1988-ci ildə Bakıda anadan olub. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun məşqçisi Yaşar Allahverdidir. E.Məmmədli 2006-cı ilin Avropa çempionu olub, 2007-ci il Dünya çempionatında 2-ci yerə çıxıb, 2008-ci ildə dünya kubokunun mərhələ yarışlarının qalibi olub. Olimpiya Oyunlarında qızı medal alan idmançı 600 min manat mükafatlandırılacaq.