Gürcüstandan Azərbaycana keçmək istəyənlərin sayı artıb

Gürcüstandan Azərbaycana keçmək istəyən insanların sayı artıb. Onların əksəriyyəti yaşlılardı.
«Azadlıq» radiosunun Sadaxlı sərhəd buraxılış məntəqəsindəki əməkdaşı xəbər verir ki, 18-35 yaş arasında olan kişi gürcü vətəndaşlarının sərhədi keçməsinə icazə verilmir.

Azərbaycandan Gürcüstana getmiş insanlar da baş verənlərdən təşvişə düşərək sərhədi keçməyə çalışırlar.