Bütün yanar konstruksiyalar külə döndü

Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olması istisna edilmir

Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olması istisna edilmir

İyulun 31-i gecə saatlarında Heydər Əliyev prospektində yerləşən «Təmirmaş» Açıq Səhmdar Cəmiyyətinin sexlərindən birində yanğın olub.
Nəticədə birmərtəbəli sexin təxminən 350-400 kvadrat metr sahədə olan bütün yanar konstruksiyaları külə dönüb. Sex fəaliyyətdə olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır. ANS