Rüşvət alan «Bakcell» əməkdaşının apellyasiya şikayətinə baxılıb

Rüşvət almaqda ittiham olunan «Bakcell» şirkətinin meneceri, Makedoniya vətəndaşı Saşko Todorovskinin apellyasiya şikayəti üzrə iyulun 29-da proses keçirilib. 

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı hökmünün qüvvədə saxlanılmasını istəyib. 

Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma maddəsi ilə təqsirləndirilən Todorovski 8 il azadlıqdan məhrum edilib. 

Məhkəmə qərarını iyulun 30-da elan edəcək. Trend