İstanbulda terror

Birinci partlayışdan sonra hadisə yerinə kömək üçün xeyli adam yığılıbmış

İyulun 27-si gecə saatlarında İstanbulda baş verən partlayışda 15 nəfər həlak olub, 150 nəfər isə yaralanıb. İstanbul valisi Muamer Gülər baş verənin terror hadisəsi adlandırıb və deyib ki, həlak olanlar və yaralananlar acınacaqlı vəziyyətdə olub.

Hadisəni kimin törətdiyi hələlik məlum deyil. Verilən məlumata görə iki partlayış hadisəsi baş verib. İkinciyə nisbətən daha zəif olan birinci partlayışdan düz 10 dəqiqə sonra ikinci partlayış baş verib. Birinci partlayışdan sonra hadisə yerinə kömək üçün xeyli adam yığılıbmış.