Ermənistan və Türkiyə jurnalistləri futbol oynayacaqlar

Ermənistan və Türkiyənin jurnalist, fotoqraf, musiqiçi və ictimai xadimlərindən ibarət futbol komandalarının yoldaşlıq görüşü avqustun 9-da Qarsda, avqustun 14-də isə Gümrüdə keçiriləcək.

Oyunların təşkilatçısı «Asparez» Gümrü jurnalist klubudur.

Layihəni ABŞ səfirliyi maliyyələşdirir. Məqsəd iki ölkənin vətəndaş cəmiyyətləri arasında ictimai əlaqələrin inkişaf etdirilməsidir. Proqrama həmçinin, dəyirmi masalar və şəhərlərin tarixi mərkəzlərinə (o cümlədən, Aniyə) ziyarət də daxildir. / ArmInfo – Turan /