Paytaxtda altı nəfəri gün vurub

Temperatur ölkənin bəzi yerlərində 40 dərəcəni ötəcək

Son 10 gün ərzində paytaxt Bakıda 6 nəfəri gün vurub.

Bu barədə «ANS Press»ə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib:

«Günvurmadan halı pisləşənlərin dördünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağır olduğundan, xəstəxanaya yerləşdirilib. Digər bir nəfər isə bomjdur. Günvurma təkrarlanmasın deyə, onu da xəstəxanaya yerləşdirmişik».