Təzyiqə məruz qalmış jurnalistlərin elektron məlumat bazası yaradılıb

1991-ci ildən bu vaxta kimi təzyiqə məruz qalmış jurnalistlərin elektron məlumat bazası yaradılıb. Bazaya 103 jurnalist haqqında məlumatlar daxil edilib. Elektron bazanı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Soros Fondunun maliyyə dəstəyi ilə yaradıb.

Təşkilatçılar deyir ki, bu cür bazanın yaradılmasında məqsəd yerli və beynəlxalq təşkilatların təzyiqə məruz qalmış jurnalistlərlə bağlı istənilən məlumatı bir mənbədən əldə edə bilməsi və vəziyyəti qiymətləndirməsinə yardım etməkdir.