Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:09

Zurabishvili: Rusiya beynəlxalq aləmin tam hüquqlu üzvü olmaq istəyirsə, bunu sübut etməlidir


Salome Zurabishvili
Salome Zurabishvili

Dekabrın 16-da Gürcvüstanın Telavi şəhərində prezident Salome Zurabishvilinin andiçmə mərasimi olub. Mərasim II İrakli sarayında keçirilib.

Zurabishvili mərasimə övladları ilə gəlib və and içib.

“Mən, Gürcüstan prezidenti, Tanrı və millət qarşısında and içirəm ki, Gürcüstan Konstitusiyasını,onun müstəqilliyini, xalqın birliyi və bütövlüyünü müdafiə edəcəm, prezidentin səlahiyyətlərini vicdanla yerinə yetirəcəm, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və rifahının yüksılməsinə xidmət edəcəm”, Zurabishvili deyib.

Zurabishvili daha sonra qeyd edib ki, əgər Rusiya beynəlxalq aləmin tam hüquqlu üzvü olmaq istəyirsə, onda bunu sübut eləməlidir.

”Gürcüstan Qafqazda öz mövqeini gücləndirməlidir.Biz regionda tarixi rolumuzu qaytara bilə və bu cavabdehliyi üzərimizə götürə bilərik. Rusiya Qafqazın qonşusu kimi başa düşməlidir ki, əgər beynəlxalq aləmin tam hüquqlu üzvü olmaq və bu regionda normal münasibətləri bərpa etmək istəyirsə, onda sözdə və əməldə beynəlxalq hüququn bütün normalarına əməl etdiyini göstərməlidir. Bu öz qonşuları ilə bərabər və dinc münasibətlərin vacib şərtləridir”, Salome Zurabishvili vurğulayıb.

Xatırlatma

Noyabrın 29-da Gürcüstanda keçirilən keçirilən prezident seçkisində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabishvili qalib gəlib.

Seçkidə onun rəqibi, keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarı Grigol Vashadze idi.Beynəlxalq müşahidəçilər seçkinin azad şəraitdə keçirildiyini bəyan etsələr də qeyd edirlər ki, namizədlərə bərabər şərait yaradılmayıb.

Qeyd edək ki, Salome Zurabishvili seçkinin ikinci mərhələsində 60, Vashadze isə 40,5 faiz səs toplayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG