Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 00:41

Gürcüstan prezidenti ölkəsinin Avropa və NATO yolundan dönməyəcəyini deyir


Salome Zurabishvili
Salome Zurabishvili

Martın 4-də özünün parlament qarşısında illik çıxışında Gürcüstan prezidenti Salome Zurabishvili deyib ki, Moskvanın siyasətləri onun ölkəsini Avropa İttifaqı və NATO-ya gedən yoldan sapındıra bilməyəcək:

“Əgər Rusiya Gürcüstan ərazilərinin işğalından Gürcüstanı öz istəklərindən əl çəkməyə vadar etmək üçün istifadə etməyi planlaşdırırsa, o bu məqsədinə heç vaxt çata bilməyəcək”.

Moskva Gürcüstanla 2008-ci ildə apardığı qısa müharibədən sonra bu ölkənin Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb və bu separatçı ərazilərdə qoşun saxlayır.

Dünya ölkələrinin əksəriyyəti Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyır.

Öz çıxışında Zurabishvili ölkəsinin son nəticədə Avropa İttifaqı və NATO-ya qoşulacağını bir daha bəyan edib.

O deyib ki, Gürcüstan hətta bu təşkilatlara qoşulmadan belə hazırda həm Avropa İttifaqı, həm də NATO-da fəal oyunçudur.

Zurabishvili bildirib ki, 2019-cu ildə ABŞ Konqresindəki hər iki partiya tərəfindən qəbul edilmişGürcüstana Dəstək Qanunu iki ölkə arasındakı sıx bağların və dərin etimadın sübutudur.

Gürcüstanda qarşıdan gələn parlament seçkisi məsələsinə toxunan prezident həm müxalifəti, həm də hakim Gürcü Arzusu partiyasını “dialoqu davam etdirməyə” çağırıb:

“Ərazisinin 20 faizi işğal olunmuş Gürcüstanın çətin vəziyyətini nəzərə alaraq biz daxili siyasi çəkişmələrimzidə ehtiyatlı olmayıq ki, sabitlik pozulmasın”.

Müxalifət partiyaları bildirirlər ki, Gürcüstanın hazırkı seçki qanunu ədalətsizcəsinə hakim Gürcü Arzusu partiyasına sərfəlidir.

Ötən ilin iyun-iyul aylarında Tbilisidə kütləvi və izdihamnlı etiraz aksiyaları polis tərəfindən zorakı şəkildə dağıdılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG