Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Zuckerberg: Facebook Rusiya qrupları ilə ‘silahlanma yarışındadır’


Facebook şirkətinin təsisçisi və rəhbəri Mark Zuckerberg Senat qarşısında ifadə verib
Facebook şirkətinin təsisçisi və rəhbəri Mark Zuckerberg Senat qarşısında ifadə verib

Facebook şirkətinin təsisçisi və başçısı Mark Zuckerberg ABŞ Senatında etdiyi çıxışda deyib ki, onun platforması hazırda Rusiya tərəfindən sponsorlaşdırılan və dünya boyunca seçkilərə və ictimai rəyə təsir göstərməyə çalışan sosial şəbəkə ilə “silahlanma yarışındadır”.

33 yaşlı internet maqnatı bu ifadəni aprelin 11-də ABŞ Senatının Ticarət və Ədliyyə komitələri qarşısında verib.

Senatda keçirilən bu dinləmədə Facebook-un Rusiyanın seçkilərə müdaxiləsinə qarşı gördüyü tədbirlər müzakirə olunurdu.

Zuckerberg Britaniyadakı Cambridge Analytica firmasının seçkiyə müdaxiləsinin qarşısını ala bilmədiyini etiraf edib.

Bu firma prezident Donald Trump-ın seçki kampaniyası ilə əlaqələndirilir və deyilir ki, o 87 milyon istifadəçinin şəxsi məlumatlarından seçkini təsirlərndirmək üçün istifadə edib.

Zuckerberg habelə deyib ki, onun şirkəti saxta xəbərlərin, seçkilərə xarici müdaxilələrin və nifrət qızışdıran postların qarşısını ala bilməyib.

Özünün ABŞ Konqresi qarşısındakı ilk çıxışında Zuckerberg deyib ki, “Rusiyada bizim sistemlərimizdən və başqa internet sistemlərindən sui-istifadədə ixtisaslaşmış insanlar var”.

Zuckerberg bunu “silah yarışması” adlandırıb.

O deyib ki, Rusiyanın ABŞ-dakı 2016-cı il seçkisinə müdaxiləsini müəyyənləşdirməkdə astəgəllik göstərməsi onun “ən böyük təəssüf hissini” doğuran hadisə olub.

Facebook hazırda bu cür halların qarşısının alınması üçün 20 min yeni iş yeri yaratmaq niyyətindədir.

Zuckerberg bunu da bildirib ki, Facebook prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya arasındakı əlaqələri araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatı ilə əməkdaşlıq edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG