Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:01

Oktyabrın 31-i Saatlıda yaşayan ictimai fəal, AXCP Ali Məclisinin üzvü Ziyafət Hüseynliyə Saatlı Rayon İcra Hakimiyyətindən teleqram gəldiyi bildirilir.

Bu barədə onun özü məlumat yayıb.

Z.Hüseynlinin deməsinə görə, həmin sənəddə yazılıb ki, barəsində yerli icra hakimiyyətinə şikayət daxil olub. Həmin şikayətin onun iştirakı ilə araşdırılmasından ötrü bu gün noyabrın 1-i saat 10.15-də icra başçısının qəbulunda olmalıdır.

Z.Hüseynli hesab edir ki, haqqında iddia olunan şikayət əslində ya yoxdur, ya da quramadır:

Teleqram
Teleqram

«Nəinki son günlərdə, hətta son onillikdə də mənim heç kəslə mübahisə və münaqişəm olmayıb. Ortada hətta təşkil edilmiş şikayət varsa belə, onu araşdırmaq icra başçısının səlahiyyətinə aid deyil, bundan ötrü hüquq-mühafizə və məhkəmə orqanları var».

Z.Hüseynli icra başçısının qəbuluna getməyəcəyini bildirib. O iddia edir ki, Milli Şuranın Bakıda təşkil etdiyi son mitinqlərində, AXCP-nin Saatlıda keçirdiyi müşavirədə və Facebook-da fəallığına görə yerli icra hakimiyyətinin təzyiqi ilə üzləşib.

Z.Hüseynlinin bu dediklərinə hələlik Saatlı Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG