Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:08

Keçmiş nazir müşavirinə görə intihar cəhdi


İntihar
İntihar

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin həbs etdirmək istədiyi qohumu Rövşən Əhmədovun intihara cəhd etdiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna Əhmədovun həyat yoldaşı məlumat verib.

R.Əhmədov sabiq nazir müşavirinin 800 min manatlıq qızıl-brilyantını ələ keçirməkdə suçlanaraq həbs olunmuşdu. Təxminən bir il həbsdə saxlandıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verildi və azadlığa buraxıldı. Amma bu hökm dövlət ittihamçısını da, zərərçəkmişi də narazı saldı. Prokuror hökmdən protest, Baxşıyev də apellyasiya şikayəti verdi.

***Buna da bax-'Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

Hazırda bu iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Ötən məhkəmə iclasında prokuror bəraət hökmünün ləğvini, R.Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib. Dekabrın 22-də apellyasiya məhkəməsinin qərarı elan olunmalıydı. Amma dekabrın 21-dən 22-nə keçən gecə Əhmədov çoxlu sayda həb içərək, özünü zəhərləyib. Təcili yardım vasitəsilə Toksikologiya Mərkəzinə çatdırılan Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Həyat yoldaşı deyir ki, o, intihara əl atmamışdan öncə məktub yazıb: «Məktubda yazıb ki, yenidən şərlənib həbsxanaya düşməkdənsə, ləyaqəti ləkələnməkdənsə, ölmək yaxşıdır».

***Buna da bax-'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

Ç.Baxşıyev iddia edir ki, qohumu olan R.Əhmədova qatıq vedrəsi, çay qabı və başqa bir bükülüdə verdiyi üç bağlama qızıl-brilyantın əksər hissəsini o mənimsəyib. Əhmədov isə bildirir ki, o, qızıl-zinət əşyalarını ona verildiyi formada aparıb Ç.Baxşıyevin qızının evində kürəkəninə verib. Üstündən iki ay keçəndən sonra qohumu onu çağırıb deyib ki, qızılların bir hissəsi yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG