Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:48

Partiyası Muqabeni sədrlikdən kənarlaşdırdı [Video]


Zimbabvenin hərbi çevrilişlə devrilmiş prezidenti Robert Muqabeni indi də öz partiyası sədrlikdən kənarlaşdırıb.

Noyabrın 19-da partiyada keçirilmiş səsvermə onun onilliklərdir ki, davam edən sədrliyinə son qoyub.

Qərarın elan edilməsindən sonra iclas zalındakı partiya üzvləri əl çalıb oynamağa başlayıb.

Bu qərar Muqabenin prezidentliyinə son qoyulması demək deyil. Amma bu qərar ona olan ictimai təzyiqi gücləndirəcək.

Bu qərardan sonra parlamentdə Muqabenin impiçmenti məsələsi qaldırıla bilər.

Hakim ZANU-PF Pariyası Muqabenin yerinə bir müddət əvvəl vəzifəsindən çıxarılmış vitse-prezident Emmerson Mnangagwa-nı sədr təyin edib.

Muqabenin prezident olmaq arzusuna düşmüş arvadı Qreys də partiyadan xaric edilib.

Dövlət mediası xəbər verir ki, noyabrın 19-da Muqabe həm də onu ev dustağı etmiş ordu generalı ilə görüşməlidir.

Görüşdə Muqabenin hakimiyyətdən "hörmətli" gedişi müzakirə edilməlidir.

Hərbi çevriliş noyabrın 15-də baş verib. 37 il ölkəyə rəhbərlik etmiş Muqabe rəsmən istefa verməkdən imtina edir.

Buna da bax: Muqabe lk dəfə ictimaiyyət arasına çıxıb

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG