Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Bayıl sürüşürdü, Zığ da sürüşür


Zığ şosesində uçqun hadisəsi baş verib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti məlumat yayıb.

Məlumata görə, uçqun bu gün, oktyabrın 18-də Xətai rayonuna aid Zığ şosesinin kənarında baş verib.

Sürüşmə zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur.

Hadisə nəticəsində piyada səkisində deformasiya və əyilmələr hiss edilir.

Nazirlik prosesin hələ də davam etdiyini bildirir.

Xatırlatma

Bu, son günlərdə baş vermiş ilk sürüşmə hadisəsi deyil.

Bayıl qəsəbəsi, 20-ci sahə adlı ərazidə oktyabrın 10-da torpaq sürüşməsi baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakinləri sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə və Bakının mərkəzində də sürüşmə halları baş verib.

XS
SM
MD
LG